USAID Özəl Sektorun İnkişafı layihəsi "Şəfa" adın İnkişaf və Müəssisə Qrupunun aqrobiznes mərkəzinin açılışını edib

USAID Özəl Sektorun İnkişafı layihəsi "Şəfa" adın İnkişaf və Müəssisə Qrupunun aqrobiznes mərkəzinin açılışını edib
2023-10-10 08:08:10

26 sentyabr 2023-cü il tarixdə ABŞ Beynəlxalq İnkişaf Agenliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Maykl Nirbass Goranboyun Boluslu kəndindən on qadının yaratdığı aqrobiznes mərkəzinin açılışını edib.

USAID “Şəfa” Qadın İnkişaf və Müəssisə Qrupunu kənd təsərrüfatı texnikası ilə dəstəkləyib və qrupun açıq sahədə tərəvəz istehsalı, maliyyə idarəçiliyi və bazar dinamikası üzrə aqrar biliklərini artırıb.

Qrup əkin sahəsini 4 hektardan 20 hektara qədər genişləndirib və ailələrini və icmanı dolandırmaq üçün gəlirlərini artırıb.