ABŞ şirkətləri “Caspian Agro” sərgisində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya innovativ kənd təsərrüfatı məhsulları təqdim edib

ABŞ şirkətləri “Caspian Agro” sərgisində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya innovativ kənd təsərrüfatı məhsulları təqdim edib
2023-10-10 08:02:22

17-19 may 2023-cü il tarixlərdə keçirilən 16-cı "Caspian Agro" sərgisində Amerikanın on aparıcı şirkətinin məhsullarını nümayiş etdirən ABŞ Pavilyonu yer alıb.  Pavilyonda “Transparent Path”, “Rooted Leaf Agritech” “Hexas Bayoməss”, “Nelson Irrigation”, “Gowan”, “Brandt”, “Grow More”, “Trece”, “Danbury Hydroponics”, “CoolBot” şirkətləri təmsil olunub.

Tədbirin açılışı günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ABŞ pavilyonunda olub və Amerika istehsalı olan geniş çeşiddə kənd təsərrüfatı məhsulları, o cümlədən gübrə, toxum, yeni nəsil suvarma sistemləri, torpaqsız becərmə, ziyanvericilərə qarşı mübarizə üçün istifadə olunan innovativ feromon tələləri və digər IPM mübarizə vasitələri, həmçinin mobil və stasionar soyuducu həlləri ilə tanış olublar.

Üç gün davam edən sərgi ərzində yüzlərlə fermer və sahibkar nümayiş etdirilən innovativ kənd təsərrüfatı məhsulları ilə tanış olmaq üçün ABŞ Pavilyonunu ziyarət edib. Ziyarətçilər potensial tərəfdaşlıqlar üçün səmərəli müzakirə və danışıqlar aparıblar.

Qeyd edək ki, ABŞ Pavilyonu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi qurulub. USAID kənd təsərrüfatının inkişafına, eləcə də Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdən qürur duyur.

Caspian Agro sərgisində ABŞ pavilyonunun olması ABŞ və Azərbaycan arasında davam edən əməkdaşlıqda mühüm mərhələdir. ABŞ Pavilyonu iki ölkə arasında sıx əməkdaşlığı təşviq etmək və tərəqqinin yeni yollarını araşdırmaq üçün qarşılıqlı öhdəliklərə dair bir nümunədir.

Caspian Agro sərgisi ABŞ şirkətlərinə öz innovativ kənd təsərrüfatı məhsullarını nümayiş etdirmək üçün platforma təqdim etməklə,  ABŞ və Azərbaycan arasında bilik mübadiləsinə və potensial tərəfdaşlıqlara şərait yaradıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ABŞ pavilyonunda olması bu sərginin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və kənd təsərrüfatı sektorunun inkişafında əhəmiyyətini daha da vurğulayır.

 

 

 

 

 

 

 

ABŞ şirkətləri “Caspian Agro” sərgisində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya innovativ kənd təsərrüfatı məhsullarını təqdim edib

Bakı, Azərbaycan - 17-19 may 2023-cü il tarixlərdə keçirilən 16-cı "Caspian Agro" sərgisində Amerikanın on aparıcı şirkətinin məhsullarını nümayiş etdirən ABŞ Pavilyonu yer alıb.

Tədbirin açılışı günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovla birgə ABŞ pavilyonunu ziyarət edərək hidroponika, torpaqsız becərmə, mobil və stasionar soyuducu həllər, gübrə və toxumlar daxil olmaqla,  Amerika istehsalı olan geniş çeşiddə kənd təsərrüfatı məhsulları ilə tanış olublar. Prezident Caspian Agro-da iştirak edən ABŞ müəssisələrinin sayında artımı yüksək qiymətləndirib, ABŞ şirkətlərinin Azərbaycana cəlb olunmasını təşviq edib və Azərbaycanın davayıqlı iqtisadi uğurunun növbəti mərhələsində neft-qaz sektorunun şaxələndirilməsinin vacibliyini vurğulayıb.

Üç gün davam edən sərgi ərzində yüzlərlə fermer və sahibkar nümayiş etdirilən innovativ kənd təsərrüfatı məhsulları ilə tanış olmaq üçün ABŞ Pavilyonunu ziyarət edib. Ziyarətçilər potensial tərəfdaşlıqlar üçün səmərəli müzakirə və danışıqlar aparıblar. USAID Özəl Sektorun İnkişafı layihəsi ABŞ şirkətlərini Azərbaycanda mümkün tərəfdaşlıq imkanları ilə tanış etmək üçün Azərbaycan müəssisələrinə səfərlər təşkil edib.

Caspian Agro sərgisində ABŞ pavilyonunun olması ABŞ və Azərbaycan arasında davam edən əməkdaşlıqda mühüm mərhələdir. ABŞ pavilyonu hər iki ölkənin kənd təsərrüfatında özəl sahibkarlığın gücləndirilməsində əməkdaşlığa dair qarşılıqlı öhdəliklərinin nümunəsidir.

Caspian Agro sərgisi ABŞ şirkətlərinə öz innovativ kənd təsərrüfatı məhsullarını nümayiş etdirmək üçün platforma təqdim etməklə, ABŞ və Azərbaycan arasında bilik mübadiləsini və potensial tərəfdaşlığın artırılmasına şərait yaradıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ABŞ pavilyonunda olması bu sərginin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində və kənd təsərrüfatı sektorunun inkişafında əhəmiyyətini daha da vurğulayır.

Qeyd edək ki, ABŞ Pavilyonu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi qurulub. USAID kənd təsərrüfatının inkişafına, eləcə də Amerika Birləşmiş Ştatları (ABŞ) və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdən qürur duyur.

ABŞ Pavilyonunda təmsil olunan şirkətlər: “Transparent Path”, “Rooted Leaf Agritech” “Hexas Bayoməss”, “Nelson Irrigation”, “Gowan”, “Brandt”, “Grow More”, “Trece”, “Danbury Hydroponics”, “CoolBot”.