USAID Özəl Sektorun İnkişafı layihəsi regionlarda aqrar təlimlərə davam edir

USAID Özəl Sektorun İnkişafı layihəsi regionlarda aqrar təlimlərə davam edir
2023-04-12 11:33:24

10 aprel 2023-cü il tarixdə USAID Özəl Sektorun İnkişafı layihəsi Gəncə Regional Təlim Mərkəzi ilə birgə Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) "Meyvə bağlarında bitlərə qarşı mübarizə, şaftalıda yarpaq qıvrılması” mövzusunda təlim keçirib.

USAID layihəsinin aqronomu tərəfindən aparılan təlimdə meyvə bağlarında zərərvericilərə qarşı mübarizə və xəstəliklərin qarşısının alınması üzrə praktiki bilik və təcrübələr iştirakçılarla bölüşülüb. İştirakçılar arasında Gəncə Regional Tədris Mərkəzinin əməkdaşları, fermerlər, aqrar sahənin mütəxəssisləri olub.

Bu təlim fermerlərin ən son məlumat və texnologiyaya çıxışını təmin etmək, məhsuldarlığı və rəqabət qabiliyyətini artırmaq və dayanıqlı kənd təsərrüfatı təcrübələrini təşviq etməklə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına dəstək vermək məqsədilə USAID tərəfindən göstərilən davamlı səylərin bir hissəsidir.