Haqqımızda
Haqqımızda

Biznes assosiasiyaların inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi islahatların əsas istiqamətlərindən biridir. Azərbaycanda rəsmi olaraq 143 biznes assosiasiyası və ictimai birlik qeydiyyatdan keçmişdir ki, onlardan 28-i kənd təsərrüfatı birliyidir. Azərbaycanda iqtisadi islahatların təşviqi və Dövlət-Özəl Tərəfdaşlığın inkişaf etdirilməsi USAID Özəl Sektorun İnkişafı (ÖSİ) Layihəsinin əsas məqsədlərindən biridir. Layihə kənd təsərrüfatı assosiasiyalarına texniki dəstəyin göstərilməsi, fermerlərin istehsal və ixrac potensialının artırılıması, o cümlədən də, biznes əlaqələrinin genişləndirilməsinə xidmət edir. Aparılan araşdırmalar göstərdi ki, 28 assosiasiyadan yalnız 4-nün veb-saytı mövcuddur, digərləri isə ictimaiyyətlə əlaqə və ünsiyyəti Facebook platforması üzərindən aparır. ÖSİ Layihəsi kənd təsərrüfatı assosiasiyaları üçün vahid internet saytının yaradılması ideyasını ilk olaraq USAID Azərbaycan Missiyası tərəfindən dəstəklənmişdi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmişdi. Layihənin xidmət təminatçısı olan "Vebline" MMC İT şirkəti, 6 ay ərzində vebsaytı tamamlayaraq təqdim etmişdi. Vebsaytın dizaynı  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ÖSİ Layihəsi tərəfindən təsdiqlənmişdi. Vebsaytda hər bir assosiasiya üçün xüsusi bölmə açılmışdı və həmin bölmədə onlar assosiasiyanın fəaliyyətini, tədbirlərini, regionlardakı üzvləri və öz əlaqə məlumatlarını yerləşdirə bilərlər. Bundan əlavə, assosiasiyalar öz bölmələrini dövrü olaraq yeniləmək və mesaj qutusundakı şərhlərə cavab vermək imkanlarına malikdirlər. Vebsaytın dəstəklənməsi, assosiasiyalara öz fəaliyyətlərini geniş bəyan etməyə və Azərbaycan daxili, eləcədə xaricdən daha çox tərəfdaş, investor və müştərilər cəlb etməyə imkan verir. Hər bir assosiasiya ilə bağlı statistik göstəricilər, mövsümi qiymətlər və ixracla bağlı məlumatlar, maraqlı tərəflər üçün açıqlana bilər.