USAID Özəl Sektorun İnkişafı layihəsi Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramı üçün imtahan təşkil edib

USAID Özəl Sektorun İnkişafı layihəsi Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramı üçün imtahan təşkil edib
2023-04-11 06:55:48

Aprelin 6-da USAID Özəl Sektorun İnkişafı layihəsi Gəncə şəhərində Tərəvəzçilik üzrə Texniki Sertifikat Proqramı (TSP) üçün imtahan təşkil edib. İmtahan iştirakçıların sessiyalar zamanı əldə etdikləri bacarıq və biliklərin qiymətləndirilməsi məqsədilə keçirilib və imtahanda yüksək bal toplayaraq ilk üç yeri tutan iştirakçılar mükafatlandırılması nəzərdə tutulur.

TSP Azərbaycanda kənd təsərrüfatı istehdalında ixtisaslı mütəxəssislərin sayının artırılmasına yönəlmiş proqramdır. Proqram iştirakçıların tərəvəz istehsalı sahəsində bacarıq və biliklərini artırmaq üçün laboratoriyalarda, istehsal müəssisələrində və fermer təşkilatlarında nəzəri və praktiki təlim modulları təqdim edir.