ADAU-da qurulan nümayiş sahəsində ağacəkmə yekunlaşıb

ADAU-da qurulan nümayiş sahəsində ağacəkmə yekunlaşıb
2023-03-29 11:14:48

Martın 1-də USAID Özəl Sektorun İnkişafı layihəsi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris-təcrübə təsərrüfatında ağacəkmə mərasimi keçirib. ADAU-nun tələbələri, əməkdaşları və dövlət qurumlarının nümayəndələri də daxil olmaqla 150-dən çox şəxs iştirak edib.

Layihənin nümayəndələri intensiv meyvə bağlarının becərilməsi ilə bağlı təlimatları iştirakçılarla bölüşüb və universitetin əməkdaşları və tələbələri tərəfindən tədqiqatların aparılması, praktiki məşğələlərin keçirilməsi üçün istifadə olunacaq ADAU-nun 2,5 hektarlıq tədris-təcrübə təsərrüfatında meyvə ağaclarının əkilməsində tələbələrə dəstək göstərib.

Növbəti aylarda ADAU-nun tələbə və əməkdaşlarının yüksək keyfiyyətli məhsul yetişdirmək üçün texniki bilik və bacarıqlarının artırılması məqsədilə meyvə bağlarının becərilməsi, ağacların budanması və əkin sahələrinin suvarılması, müvafiq pestisidlər və zərərvericilərə qarşı mübarizə tədbirlərinin tətbiqi ilə bağlı təlimatlar veriləcək.

Nümayiş sahəsinin salınması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) İsrailin Azərbaycandakı Səfirliyi (Beynəlxalq Əməkdaşlıq Agentliyinin (MASHAV) vasitəsilə) və Coca-Cola Azərbaycanın birgə əməkdaşlığı