USAID Özəl Sektorun İnkişafı layihəsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Kapital Bank ilə birgə dəyirmi masa təşkil edib

USAID Özəl Sektorun İnkişafı layihəsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Kapital Bank ilə birgə dəyirmi masa təşkil edib
2023-03-29 11:03:41

Martın 9-da USAID Özəl Sektorun İnkişafı layihəsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Kapital Bank ilə birgə ixracın maliyyələşdirilməsi alətləri, xüsusilə faktorinqə dair dəyirmi masa təşkil edib. Tədbirdə Cəlilabad, Masallı və Lənkəranda fəaliyyət göstərən giləmeyvə ixracatçıları iştirak edib.

Kapital Bankın nümayəndələri tədbir iştirakçılarına bankın məhsulları, faktorinq əməliyyatları və sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib. Konfransda, həmçinin, ixrac prosesində sahibkarların üzləşdiyi çətinliklər və bu çətinlikləri aradan qaldırmaq üçün Kapital Bankın təklif etdiyi alternativ maliyyə alətləri də müzakirə olunub.

İnformativ sessiya sual-cavab sessiyası ilə davam edib və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və Kapital Bankın nümayəndələri ixracatçıların suallarını cavablandırıb.