USAID Özəl Sektorun İnkişafı layihəsi regionlarda maliyyə savadlılığı mövzusunda təlim keçirib

USAID Özəl Sektorun İnkişafı layihəsi regionlarda maliyyə savadlılığı mövzusunda təlim keçirib
2023-03-29 10:59:55

14-16 mart tarixlərində USAID Özəl Sektorun İnkişafı layihəsi Şəki, Zaqatala, Qax və Qəbələ rayonlarında maliyyə savadlılığı mövzusunda təlim həyata keçirib. Təlimlərdə 60-dan çox iştirakçı maliyyənin kənd təsərrüfatında əhəmiyyəti, eləcə də fermerlər üçün alternativ maliyyə alətləri, gəlir-xərclərin idarə edilməsi, gələcək pul vəsaitləri axınının qiymətləndirilməsi və gəlirliliyin təmin edilməsinə dair müzakirə aparıb.

Regionlarda həyata keçirilən maliyyə savadlılığı üzrə təlimlər fermerlərə mühasibatlıq bacarıqlarının artırılması və maliyyəyə çıxışının asanlaşdırılması istiqamətində dəstək göstərir.