USAID Özəl Sektorun İnkişafı layihəsi Fındıqçılıq üzrə Texniki Sertifikasiya Proqramının növbəti sessiyasını keçirib

USAID Özəl Sektorun İnkişafı layihəsi Fındıqçılıq üzrə Texniki Sertifikasiya Proqramının növbəti sessiyasını keçirib
2023-03-14 14:08:11

11-12 mart tarixlərində USAID Özəl Sektorun İnkişafı layihəsi Ferrero şirkəti və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) birgə Qəbələdə Fındıqçılıq üzrə Texniki Sertifikasiya Proqramının (TSP) növbəti sessiyasını həyata keçirib.

ADAU tələbələri və aqronom olmaq istəyən şəxslər TSP-nin produktiv meyvə bağları, fındıq bağları sahələrinin idarə olunmasına dair praktiki sessiyalarında iştirak edib. İki gün davam edən təlimlərdə budama, ağacların formaya salınması, köhnə bağların bərpa edilməsi, ənənəvi və mexanikləşdirilmiş fındıq yığımı texnologiyaları müzakirə olunub.

Bu dəfəki təlimlər SOREMARTEC ITALIA şirkətinin Tədqiqat və İnkişaf üzrə laboratoriya mütəxəssisi Giuseppe Genova, Ferrero şirkətinin aqrar sahə üzrə baş mütəxəssisi Domenico Manfredi və USAID layihəsinin aqronomu Ziyaviddin Əliyev tərəfindən aparılıb.