USAID Özəl Sektorun İnkişafı layihəsi tinglik üzümçülük və meyvə təsərrüfatlarını əhatə edən sertifikasiya kursuna start verib

USAID Özəl Sektorun İnkişafı layihəsi tinglik üzümçülük və meyvə təsərrüfatlarını əhatə edən sertifikasiya kursuna start verib
2023-03-14 14:06:29

Martın 13-də USAID Özəl Sektorun İnkişafı layihəsi Şamaxı Üzüm Tingçilik Mərkəzində tinglik üzümçülük və meyvə təsərrüfatlarını əhatə edən 4 günlük sertifikasiya kursuna başlayıb. Kurs Layihənin bağçılıq üzrə eksperti Luici Catalano və italyan tədqiqat üzrə mütəxəssis Pierfederico La Notte tərəfindən aparılır.

Təlimlərdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun professorları, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları, AZGRANATA, Agro-Azərinvest və digər özəl şirkətlərin nümayəndələri iştirak edir.

Sertifikasiya kursunun ilk günündə İtaliyadan olan təcrübəli mütəxəssislər kurs iştirakçılarına bağların salınması və torpaqdan davamlı istifadənin yollarını, yeni sortların səmərəli idarə olunmasını, xəstəlik və zərərvericilərə qarşı effektiv mübarizə üsulları barədə məlumat verib.

4 günlük təlim proqramı üzümçülük, qoz-fındıq və çəyirdəkli meyvəçilik sahələrində çalışan azərbaycanlı mütəxəssislərin nəzəri və praktiki biliklərinin artırılmasına, həmçinin tezliklə Azərbaycanda yaradılacaq yeni sertifikasiya sisteminin səmərəli təşkilinə töhfə verəcək.