Azərbaycan Kənd Qadınları Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd Qadınlarının Peşə Bacarıqlarının Artırılması və Bərdə şəhərində Peşə Festivalının kerçirilməsi” Layihəsi öz işin

2022-08-02 06:29:30

İştirakçılar istixananın quruluşu və işləmə mexanizmi ilə yaxından tanış oldular.

Təcrübə səfəri müddətində İstixananın mütəxəssisi tərəfindən iştirakçılara istixana şəraitində pomidor yetişdirmənin xüsusiyyətləri, torpağın pomidor üçün hazırlanması, pomidora qulluq və s. ilə bağlı praktiki təlim verildi.

İştirakçılar eyni zamanda pomidor qablaşdırılması prosesi ilə yaxından tanış oldular və qablaşdırmada iştirak etdilər.

Kənd qadınları bu təcrübə səfərindən çox məmnun qaldılar və bildirdilər ki, təlim və təcrübələrdən əldə etdiklərini öz təsərrüfatlarına səmərəli şəkildə tətbiq edəcəklər.