"Gümüş Nar" festivalı

"Gümüş Nar" festivalı
2022-08-01 12:30:59

03 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə ənənəvi "Gümüş Nar" festivalı keçirildi. Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasinda birgə anlaşma memorandumu imzalandı. Görüşün ikinci hissəsində mədəniyyət incimiz olan narı təcəssüm etdirən və digər incəsənət nümunələri nümayiş etdirilən sərgiyə ADMİU rektoru, professor Ceyran Mahmudova ilə birgə baxış keçirildi.

Mədəni irsimizin qorunub saxlanmasına və təşviqinə göstərdiyi dəstəyə görə başda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova başda olmaqla bütün müəllim və tələbə heyətinə təşəkkür edirik.