“Torpağın qadınları” “BigChefs”də!

“Torpağın qadınları” “BigChefs”də!
2022-08-01 12:13:31

“BigChefs” və Azərbaycan Kənd Qadınları Assosiasiyasının bir neçə aydır üzərində çalışdığı “Torpağın qadınları” layihəsi, nəhayət ki, bu gün Azərbaycanda ilk addımını atdı. Belə ki, artıq “BigChefs” restoranında istifadə edilən pendir, qatıq, soğan və bal kimi kənd təsərrüfatı məhsullarının bir qismi ölkəmizin fermer qadınlarından tədarük olunacaq. Həmçinin gələn qonaqlar restoranda yerləşdirilmiş və şəxsən fermer qadınlarımızın hazırladığı məhsulları satın ala biləcəklər.

İlk dəfə Türkiyə mərkəzli “BigChefs” restoranında ortaya çıxmış “Torpağın qadınları” layihəsi tədricən bütün dünyadakı “BigChefs”lərdə reallaşdırılır. Sözsüz ki, bu mənada Azərbaycanımızın ilklərdən olması olduqca sevindiricidir. Əsas məqsədi fermer qadınlarımızı iş həyatında dəstəkləmək, fəaliyyətlərini təşviq etmək olan layihəninin geniş təqdimatı elə Bakıdakı “BigChefs” restoranında baş tutdu. Tədbirdə “Saffron Restoran Qrupu”nun Təchizat komandası da fermer qadınlarla bir araya gəldi, növbəti atılacaq addımlar müzakirə edildi.

Yeniliklər və görülən işlərlə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Qeyd edək ki, “BigChefs” Azərbaycan nümayəndəliyi “Saffron Restoran Qrupu”na daxildir. “Saffron Restoran Qrupu” 30-dək restoran brendi ilə Azərbaycanın ən böyük restoranlar qrupudur. Bu restoranlara yerli, Panasiya, Avropa, Meksika, Ərəb, eləcə də Hind mətbəxinin təmsil olunduğu restoranlarla yanaşı, dünya brendlərinin təmsilçilikləri də daxildir.