Türkiyə Cümhuriyyəti Bingöl Universiteti (BU) ilə Azərbaycan Arıçılar Assosiasiyası (AAA) arasında əməkdaşlıq protoklu

Türkiyə Cümhuriyyəti Bingöl Universiteti (BU) ilə Azərbaycan Arıçılar Assosiasiyası (AAA) arasında əməkdaşlıq protoklu
2022-08-01 11:08:52

Türkiyə Cümhuriyyəti Bingöl Universiteti (BU) ilə Azərbaycan Arıçılar Assosiasiyası (AAA) arasında əməkdaşlıq protoklu imzalanıb.

Protokolu BU-nun rektoru prof. dok. İbrahim Çapak və AAA sədri Bədrəddin Həsrətov imzalayıb. Görüşdə Bingöl Universitetinin rəhbərliyi ali təhsil ocağının yaradılması, qarşısına qoyulmuş məqsədlər, aparılan təcrübələr, kənd təsərrüfatı, xüsusi ilə arıçılıq, arı məhsulları sahəsində əldə etdikləri yeniliklər barədə geniş məlumat verib. AAA sədri Bədrəddin Həsrətov, Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov və digər arıçılar Azərbaycan arıçılığının tarixi, inkişafı və problemləri barədə məlumat verib. Görüş zamanı qarşılıqlı əlaqəların yaradılması, əldə olunacaq faydalar barədə diskusiya aparılıb.