“Kənd Qadınlarının Peşə Bacarıqlarının Artırılması və Bərdə şəhərində Peşə Festivalının kerçirilməsi”

“Kənd Qadınlarının Peşə Bacarıqlarının Artırılması və Bərdə şəhərində Peşə Festivalının kerçirilməsi”
2022-08-01 10:56:48

Azərbaycan Kənd Qadınları Assosiasiyasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd Qadınlarının Peşə Bacarıqlarının Artırılması və Bərdə şəhərində Peşə Festivalının kerçirilməsi” Layihəsi öz işini uğurla davam etdirir.

Bu gün Beyləqan rayonu Birinci Aşıqlı kəndində fəaliyyət göstərən GÜLŞƏN və Bərdə rayonu Gərənə kəndində fəaliyyət göstərən GÜNƏŞ Qadın İnkişaf və Müəssisə Qrupları Bərdə şəhərində Qarabağ Çörək Zavodunda təcrübə səfərində iştirak edərək səmərəli təcrübə əldə etdilər.

İştirakçılar çörək zavodunda müasir çörək bişirmə avadanlıqları və onun texnologiyası ilə yaxından tanış oldular.