“Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri”

 “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri”
2022-08-01 10:46:20

12 Aprel tarixində Biləsuvar şəhərində yerləşən təlim mərkəzində #Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin(AOPE) icra etdiyi “Orqanik Qarabağ: Dayanıqlı İnkişaf İstiqamətləri” adlı layihənin növbəti tədbiri həyata keçirilib. Tədbirdə işğaldan azad edilmiş rayonlardan olan keçmiş məcburi köçkün sahibkarlar üçün “Yaşıl iqtisadiyyyat və ekoloji təmiz kənd təsərrüfatı” mövzusunda təlim keçirildi. Təlim yaşıl iqtisadiyyat üzrə mütəxəssis Sitarə Səfərovanın idarəçiliyi ilə həyata keçirilib. Təlimdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, temiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası haqqında danışıldı.

Həmçinin, isğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin yenidən qayıtması, həmin ərazilərdə infrastrukturun yaradılması, ağıllı kənd və ağıllı şəhər layihələri, e- sağlamlıq sistemi, elektron tədris, ağıllı kənd təsərrüfatı və digər sahələr barədə də məlumat verildi. Eyni zamanda təlim müddətində "Yaşıl iqtisadiyyat" in bazasında sahibkarlıq subyektlərinin qurulması istiqamətində tövsiyələr də verildi.

Aprelin 29-da #Biləsuvar şəhərində Orqanik #Qarabağ - Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf istiqamətləri mövzusunda konfrans keçirilməsi planlaşdırılır.