2019-cu ildə ölkədə tingçiliklə məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub.

2019-cu ildə ölkədə tingçiliklə məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Kənd Təsərrüfatı, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə “Azərbaycan Tingçilər Assosiasiyası” İctimai Birliyi təsis olunub.
2022-04-26 07:48:15

Qurumun yaradılmasında əsas məqsəd müasir metodların və yeni texnologiyaların tətbiqi ilə sertifkatlaşdırılmış tinglərin istehsalına nail olmaq, intensiv bağçılığın tinglərə olan təlabatını yerli istehsal hesabına təmin etmək və fermerlərin bu sahəyə daha peşəkar yanaşması istiqamətində işlər aparmaqdadır. Hətta Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-ci ildə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən, tingçiliklə bağlı assosiasiyaların yaradılması qarşıya qoyulan əsas hədəflərdən biridir.

Şöbə müdiri qeyd edib ki, qədim dövrdən Azərbaycanda tingçiliklə məşğul olublar və indi də bu sahədə fəaliyyət göstərənlər var. İnnovativ texnologiyaların tətbiqi ilə ölkədə tingçiliyi inkişaf etdirmək, Azərbaycana məxsus tinglərin qorunub saxlanılması və çoxaldılmasına nail olmaq əsas məqsədlərdəndir. Ümid edirəm ki, Assosiasiya öz fəaliyyətini elmi-tədqiqat nəticəsində əldə olunmuş tinglərin yayılması və daha çox istifadəsi istiqamətində quracaq, tingçiliklə məşğul olan gənc fermer nəslinin formalaşmasına şərait yaradacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin meşə tingliyi və toхumçuluğu sektorunun müdiri Rəhim İbrahimov çıxış edib. O qeyd edib ki, Assosiasiyanın fəaliyyəti ölkədə yeni tingçilik təsərrüfatlarının yaranmasına səbəb olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi hesab edir ki, yeni Assosiasiya tingçilikdə idxaldan asılılığın aradan qaldırılmasında da əhəmiyyətli rol oynayacaq.