Ölkəmizdə aqrar istiqamətli biznes fəaliyyətinə başlayan qadınların maliyyəyə çıxışını əsaslandırmaq məqsədilə Kənd Təsərrüfatı nazirliyi Dünya Bankı ilə birgə “Kənd investisiya layihəsi” çərçivəsində 2018-ci ildə ölkənin 14 rayonunda 38 “Qadın İnkişaf Qr

Ölkəmizdə aqrar istiqamətli biznes fəaliyyətinə başlayan qadınların maliyyəyə çıxışını  əsaslandırmaq məqsədilə Kənd Təsərrüfatı nazirliyi Dünya Bankı ilə birgə “Kənd investisiya layihəsi” çərçivəsində 2018-ci ildə ölkənin 14 rayonunda 38 “Qadın İnkişaf Qr
2022-04-26 07:41:44

Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qrupları 2018-ci ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində yaradılmağa başlanıb. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş assioasiyasiyanın 350 üzvü var. Biznesini qurmaq istəyən üzv qadınlara əllərindəki vəsaitə uyğun birdəfəlik qrant ayrılır. 2019-cu il mart ayının sonuna qədər AKQA-ya 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir. Qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə bu innovativ modeli Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya Bankı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirir. İndiyədək 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb.

Assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müəssisə Qrupu ümumilikdə 118 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə 462 kənd qadınını işlə təmin edib.

İctimai birliyin üzvü olan Qadın inkişaf qrupları ölkəmizin bir çox rayonlarında fəaliyyət göstərir. Assosasiyada birləşən qadın qrupları əsasən kənd təsərrüfatının pambıqçılıq, baramaçılıq, tütünçülük, quşçuluq, heyvandarlıq, üzümçülük və eyni zamanda, tikiş, xalçaçılıq, çörək və müxtəlif çeşidli şirniyyatların hazırlanması bizneslərinə üstünlük verirlər. Bildiyimiz kimi, ölkədə heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Bu məqsədlə “ Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair  Dövlət Proqramı” hazırlanıb. Heyvandarlıqla bağlı aktual məsələlərin üzv fermerlərlə müzakirəsi, vacib qərarların birgə qəbulu,həmin qərarların icrası üçün dövlət orqanlarına təklif verilməsi, aidiyyatı qurumlar qarşısında üzv fermerlərin maraq və mənafelərinin müdafiəsi məqsədilə “Azərbaycan Heyvandarlıq Assosiasiyası” İctimai birliyi yaradılıb ki, bu da öz səmərəli fəaliyyəti ilə respublikada  heyvandarlığın inkişafına öz töhvəsini verməkdədir.